Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
3 Avqust , 2022
Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanası "Ədəbiyyat haqqında hər şey" adlı yeni layihə hazırlayıb.
Layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatı nümayəndələri, məşhur əsərlər haqqında maraqlı məlumatlar verəcək.

Bu məqsədlə kitabxanın əməkdaşı Vüsalə Məhərrəmova tərəfindən layihənin ilk bölməsi — "Yazarların stolüstü əsərləri" adlı  videoçarx hazırlanıb. Bu bölmədə sevimli yazıçılarımızın sevimli əsərləri, yaxud müəllifləri haqqında məlumatlar təqdim ediləcək.

Sevimli yazıçılarımız da bizim kimi mütaliə edir, kimlərisə sevir, kimlərisə bəyənmirlər. Hətta elə əsərlər var ki, onlar dünyada tanınan yazıçıların stolüstü kitablarıdır və əllərinin altından heç vaxt əksik olmur.

Beləliklə, layihənin ilk bölməsində oxucular ilk olaraq məşhur Amerika yazıçısı Stiven Kinqin sevimli kitabları ilə tanış olacaqlar.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: