Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
3 Avqust , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Təranə Məmmədova "Milli kinomuzda Rauf Hacıyev musiqisi" adlı videoçarx hazırlayıb.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. O, 15-ə qədər filmə musiqi yazmışdır. Bu filmlərdə onun bir neçə musiqi parçaları mövcuddur.
Sizlərə təqdim etdiyimiz bu videoçarxda Rauf Hacıyevin musiqilərini bəstələdiyi filmləri toplamışıq. Gəlin həmin filmlərdən bəzilərini yada salaq.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: