Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
3 Avqust , 2022
Nərimanov rayon MKS əsgərlərimizin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə həyata keçirilən «Əsgərin kitab rəfi» aksiyasına qoşulmuşdur.
Bu məqsədlə 03 avqust 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən elmi, bədii, publisistik və digər janrlarda toplanmış 470 nüsxə kitab Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına hədiyyə edildi.

Qeyd edək ki, artıq 3-cü dəfədir ki, kitabxana bu aksiyaya qoşulub. Ümumilikdə kitabxana tərəfindən 1438 kitab Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına hədiyyə edilib.

Nəzərinizə çatdırırıq ki, aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.
Foto Qalereya