Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
12 Avqust , 2022
12 avqust 2022-ci ildə Nərimanov rayon MKS-nin 2 saylı kitabxana filialında Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun baş məsləhətçi Şücaət Piriyeva, kitabxananın direktoru Vəfa Quliyeva, kitabxana əməkdaşları və oxucuları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın əməkdaşı Təranə Məmmədova qonaqları salamladı, Xan qızı Natəvanın həyat və yaradıcılığı haqqında məlumatı onlara təqdim etdi. 
Daha sonra çıxış edən 2 saylı kitabxana filialının müdiri Turanə Əmirova tədbirin keçirilməsi məqsədindən danışıb, qonaqlara iştirak üçün təşəkkürünü bildirdi.
Tədbir zamanı çıxış edən kitabxananın fəal oxucusu, pedaqoq Vəfa Əbilova Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından olan Xurşidbanu Natəvanın ədəbi fəaliyyəti haqqında danışdı. 
Həmçinin, tədbirdə kitabxanın fəal oxucuları Musa Salmanlı və Ceyran Alışova tərəfindən şairənin sevilən şeirləri "Qərənfil" və "Bənövşə" səsləndirildi, Murad Kərimov tərəfindən tarda milli musiqi nümunələri ifa olundu, Xan qızı Natəvanın məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşünə həsr edilmiş videoçarx nümayiş etdirildi. 
Sonda çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun baş məsləhətçi Şücaət Piriyeva tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirdi. 
Foto Qalereya