Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
13 Sentyabr , 2022
Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Alina Əsgərova JoJo Moyesin məşhur " Səndən öncə mən" romanı haqqında videoçarx hazırlayıb.
Onların ortaq heç nəyi yoxdur. Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Motosiklet qəzası nəticəsində həyatı alt-üst olan Uill uzun müddətdir ki, mürəkkəb suallarla məşğul olub. Bu həyatda başqalarını xoşbəxt edən kiçik şeylər ona heç bir zövq vermir. Ətrafındakı bütün rənglər birdən-birə bozlaşdı və belə çarəsizliyə qapılıb, edə biləcəyi tək şeyin həyatına son qoymaq olduğunu düşünür.
Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir…
Bəs qəmgin və xoşagəlməz Uill Lounun rəngarəng həyatı ilə qarşılaşanda nə baş verir?
Möcüzələrə inanmırsınızsa, dayanın və yenidən düşünün...
“Səndən öncə mən” “Sevdiyiniz insanı onun sizin qəlbinizi qırdığını bilə-bilə necə xöşbəxt etməli?” sualına cavab verən romantik romandır.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: