Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
14 Sentyabr , 2022
14 sentyabr 2022-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Qonağımız var" layihəsi çərçivəsində Everest Nəşriyyat evinin baş redaktoru, İrs Nağıl evinin müdiri, uşaq yazarı, professor Solmaz Amanova ilə görüş keçirilib.

Görüş Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında keçirildi.

Görüşdə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, oxucular, məktəblilər və digər qonaqlar iştirak etdilər.

Solmaz Amanova ilə keçirilən görüşün məqsədi yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla yanaşı, uşaqlara vətənpərvərlik ruhunun aşılanması idi.

Görüş çərçivəsində yazıçı Solmaz Amanovanın vətənpərvərlik mövzusunda yazılmış yeni kitabı "Al beretli qızıl əsgər" oxuculara təqdim olundu, İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” və digər “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi müxtəlif kitabları barədə ətraflı məlumat verildi.

Solmaz Amanova uşaqlara xalqımızın şanlı tarixi, vətən uğrunda qəhrəman övladlarımızın apardığı mübarizələr, qədim diyarımız Qarabağ, mədəniyyət beşiymiz Şuşa, daim torpaqlarımıza göz dikmiş erməni quldurları haqqında ətraflı danışdı və bildirdi ki, biz düşümənimizi heç zaman unutmamalı, daim vətənimizin müdafiəsi, azadlığı, çiçəklənməsi üçün güclü olmalı, bu ənənəni nəsillərdən-nəsillərə ötürməliyik.

Bundan başqa uşaqlar yazıçının yaradıcılığı, həyata keçirdiyi layihələrlə tanış oldular.

Görüş hamı tərəfindən böyük maraqla qarşılandı. Sonda professor Solmaz Amanova ilə xatirə şəkilləri çəkdirildi.

Aşağıdakı keçidə daxil olaraq tədbirin görüntülərinə baxa bilərsiniz:


Foto Qalereya