1 Dekabr , 2022
Nərimanov rayon MKS-nin əməkdaşı Leyla Mikayılova Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad edilməsi günü ilə əlaqədar videoçarx hazırlayıb.
Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad edilməsindən iki il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.
Qeyd edək ki, Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz: