Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
26 Avqust , 2015

Kəlbəcər

Kəlbəcər — Azərbaycan Respublikasında şəhər (1960-1980-ci illərdə şəhər tipli qəsəbə), Kəlbəcər rayonunun mərkəzi. 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, adı dəyişdirilərək Karvaçar adlandırılıb və qondarma "Dağlıq Qarabağ Respublikası"nın Şaumyan rayonunun mərkəzi elan edilib.

Kəlbəcər şəhəri respublikanın paytaxtı Bakı şəhərindən 458 km aralı, Tərtər çayı dərəsindədir.

Ermənistanın işğalı nəticəsində şəhərin 8.900 (2008) dinc sakini hazırda məcburi köçkün kimi Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində məskunlaşmışlar.

Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 metr² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər vəAzərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999 ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.