Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
23 Sentyabr , 2015

23 sentyabr 2015-ci il tarixində Nerimanov rayon MKS-də Qurban bayramı münasibəti ilə  "Bayramlar bayramı-Qurban" adlı sərgi söhbət keçirildi. 
Söhbətdə Nərimanov rayon MKS-nin əməkdaşları və fəal oxucuları iştirak etdilər.
Söhbət zamanı çıxış edən Nərimanov rayon MKS-nin Oxuculara xidmət şöbəsinin bölmə müdiri Mehri Rəhimova və böyük kitabxanaçı Mirxanım Talıbova iştirakçıları Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edib, islam tarixində bu bayramın əhəmiyyəti haqqında geniş məlumat verdilər.

Sonda iştirakçılar Qurban bayramına həsr olunmuş sərgi ilə tanış oldular.