Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
1 Oktyabr , 2015

1 oktyabr 2015-ci il tarixində Nərimanov rayon MKS-də Beynəlxalq Ahıllar Günü münasibəti ilə "Ömrün müdriklik çağı" adlı tədbir keçirildi.

Tədbirdə kitabxananın əməkdaşları və ahıllar iştirak etdilər.

Tədbir zamanı çıxış edən Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Mirxanım Talıbova Beynəlxalq Ahıllar Günü haqqında məlumat verdi. O bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.

Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Daha sonra tədbirdə iştirak edən ahıllara söz verildi. Onlar öz həyat təcrübələri, o cümlədən, günümüzdə ahıllara göstərilən diqqət və qayğı haqqında danışdılar.