Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Haqqımızda
16 Sentyabr , 2013

Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında”27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən, Nərimanov rayon A.Şaiq adına uşaq kitabxanası, Nərimanov rayon Mərkəzi Kitabxana adlandırılmışdır.

Mərkəzi Kitabxananın tərkibində beş şöbə, 1 və 2 saylı filialı fəaliyyət göstərir və rəhbərlik Mərkəzi Kitabxana tərəfindən aparılır.

Nərimanov rayon Mərkəzi Kitabxananın fondu 78.512 nüsxə kitabdan ibarətdir. bunlardan, 21.340 nüsxə Azərbaycan dilində, 9.923 nüsxə latın qrafikası, 11.417 nüsxə kiril qrafikası, 57.172-si rus dilindədir.

Kitabxanamız saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.