Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
1 Oktyabr , 2015

01 oktyabr 2015-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialında Beynəlxalq Ahıllar Günü münasibəti ilə "Qocalar evin dirəyidir" adlı söhbət keçirildi.

Söhbətdə kitabxananın əməkdaşları, fəal oxucuları və ahıl Qəndab Əliyeva iştirak etdilər.

Söhbət zamanı çıxış edən 2 saylı filialın müdiri Elmira Fərruxzadə və kitabxanaçı Sahilə Məmmədova Beynəlxalq Ahıllar Günü haqqında məlumat verib, bütün ahıllarımızı təbrik etdilər.

Daha sonra kitabxananın fəal oxucuları ahıllarımıza həsr edilmiş şeirlər söylədilər.