Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
5 Oktyabr , 2015

05 oktyabr 2015-ci il tarixində Nərimanov rayon MKS-də "Müəllim əməyi və savadlı vətəndaş cəmiyyəti" adlı sərgi, söhbət keçirildi.

Söhbətdə Nərimanov rayon MKS-nin əməkdaşları və fəal oxucuları iştirak etdilər.

Söhbət zamanı çıxış edən Oxuculara xidmət şöbəsinin bölmə müdiri Mehri Rəhimova və baş kitabxanaçı Mirxanım Talıbova bu günün tarixi haqqında məlumat verərək bildirdilər ki, Hər il oktyabrın 5-i Müəllimlər Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən «Müəllimlərin statusu haqqında»adlı ilk beynəlxalq sənəd imzalanmışdır.  1994-cü  ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə «Müəllimlər günü» qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Sonda onlar bütün müəllimləri təbrik etdilər.

Daha sonra isə 200 saylı tam orta məktəbin şagirdləri müəllimlərə həsr edilmiş şeirlər söylədilər.