Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
22 Oktyabr , 2015

Mövsüm Məmmədov

Məmmədov Mövsüm Şahin oğlu 1967-ci il 6 iyun Xocalı şəhərində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurmuş, 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır.

Mövsüm Şahin oğlu Məmmədov 1992-1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölük komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. Polis mayorudur, Şuşa rayon Polis Şöbəsində çalışır.

Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.