Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Azərbaycanın Milli Qəhrəmanları
27 Oktyabr , 2015

Nofəl Quliyev

Nofəl Zahid oğlu Quliyev 4 oktyabr 1963-cü ildə ƏliBayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmiş, 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabrında DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.

Nofəl Zahid oğlu Quliyev Az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda erməni faşistləri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçmiş, dostlarına nümunə olmağa çalışmişdır. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçmişdi, dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparmış və kəndə geri dönmüşdür. Bu vaxt düşmən tutduğu mövqedən irəliləsə də Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamlaın xilası uğrunda düşmənlə mübarizə aparmış, bir çox insanı xilas etsə də qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. Bir oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycan Respublikasının  Milli Qəhrəmanı adı verilmişdir.

Vaxtı ilə oxuduğu 9 saylı orta məktəbə onun adı verilmiş,məktəbin həyətində büstü qoyulmuşdur.