Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
3 Mart , 2016

Beynəlxalq Yazıçılar Günü 1986-cı ildə Beynəlxalq PEN-klubun 48-ci konqressinin qərarına əsasən elan edilib.

1921-ci ildə təşkil edilən PEN-klub yazarların beynəlxalq birliyi olaraq müəyyənləşdirilib. Hazırda bu qurum 130 ölkədə fəaliyyət göstərir. Yazıçıların fəaliyyətinə dəstək verən və onların bir mərkəzdə toplanmasını təşkil edən klubun xidmətləri əvəzsizdir. Yazıçılıq sənətinə gəldikdə isə bu ətrafdan hər kəsin görə biləcəyi bir iş təəssüratı bağışlasa da, əslində elə də asan deyil.

Yazıçı kimi uğur qazanmaq üçün əvvəlcə fərqli düşüncəyə sahib olmalısan. Hər kəsin gördüyü, düşündüyünü deyil, onların görmədikləri, həyat künclərində gizlənən hadisələri oxucuya çatdırmağı bacarmalısan. İlk növbədə, zamanla ayaqlaşmaq mütləqdir, yazıçı yaşadığı dövrdə oxucu kütləsi qazanmaq üçün tələbatları bilməlidir.