Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
16 Mart , 2016

Böyükfransızyazıçısı Viktor Hüqobir çox şeirlər, pyeslərvə nəşr əsərləriyazmışdır. Onun 1831-ci ildə çap olunan "Paris Notr-Dam kilsəsi" əsəri fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanda dinin insanları, cəmiyyəti öz əsarəti altında saxlaması, hüquqsuzluq, cəhalət və s. kimi məsələlərə toxunulur.

Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Əsərdə insanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Orta əsrlərin sonlarından bəhs edən romanında Viktor Hüqo qələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə - demokratiyaya yaxınlaşmasına sübut kimi göstərir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın əsas qəhrəmanlarının - Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdir.

Mikayıl Rəfilinin tərcüməsi və Yusif Vəzir Çəmənzəminlinin redaktəsi ilə 1936-cı ildə nəşr edilən bu əsər nəşriyyat tərəfindən müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmışdır.

Əsər əsasında film də çəkilib. Filmin rejissoru Jan Delannuandır. 

Hadisələr orta əsrlərdə Parisdə baş verir. Qaraçı qızı Esmeralda öz gözəlliyi ilə kişilərin ağlını başından çıxarır. Ona eyni vaxtda Paris Notrdam kilsəsinin keşişi Klod Frollo və müqəddəs atanın yanında işləyən qozbel Kvazimodo aşiq olub. Qız isə Feb ləqəbli alicənab bir adama vurulub və bunu öz ürəyində saxlayır. Keşiş qısqanclıqdan onu yaralayır. Cinayətdə Esmeraldanı günahkar bilirlər və hakimlər qıza asılmaq hökmünü çıxarırlar. Feb onu xilas etmək üçün heç nə etmir, təkcə qozbel Kvazimodo sevdiyi qızın köməyinə gəlir.

Filmin sonunda Esmeralda kilsənin qabağındakı mübarizədə öldürülür. Esmeraldanın son sözü "Həyat gözəldir" olur.

Paris Notrdam kilsəsi (film, 1956).jpg