Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
5 Aprel , 2016
“Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir”. Bu mənada hər kəs vətənini, dövlətini qorumaq üçün mübarizə aparmalıdır. Bu gün dünyanın siyası xəritəsində yer tutan hər bir dövlət var olduğu üçün canlarını fəda edən şəhidlərinə minnətdardır. 
Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir. 
Şəhidlər – qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar.
Şəhidlər – qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdır.
Şəhidlər – müqəddəs and yerimiz olan Şəhidlər xiyabanının zinəti, əbədi, lakin yaşar sakinləridir. Onlar bizim fəxrimizdirlər.
Yurdunu sevən millətinə xidmət etməyi şərəfli bir vəzifə bilər. Sevimli Peyğəmbərimiz; "İnsanların xeyirlisi, insanlara faydalı olandır." (Müslim, c. 2, s. 45) buyurmuşdur. 
Dinimizdə də vətən sevgisinə əhəmiyyətli yer verilir və "Vətən sevgisi imandandır" deyə buyrulur.


Qədim tarixə malik olan Azərbaycan xalqı da daim vətənə ola sevgisi və torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparmaları ilə öndə olmuşlar. Bu yolda minlərlə igid oğul və qızlarımız həlak olaraq şəhidlik mərtəbəsinə yüksəlmişdir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. 
Bu gün də qəhrəman oğullarımız cəsarətlə vətənin keşiyində dayanaraq onu düşmənin hər cür həmləsindən müdafiə edirlər. 
Biz canlarını fəda edərək xalqımıza azad bir vətən bəxş edən əziz şəhidlərimizi və qəhramanlarımızı hər zaman rəhmətlə xatırlayacağıq.
Millətin qəlbində qaldı şəhidlər! 
Ölümün gözünə dik baxa-baxa, 
Ölümə qələbə çaldı şəhidlər!