Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Elanlar
5 Avqust , 2016

Azərbaycan Respublikasının Xalq Şairi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi olan Qabil Allahverdi oğlu İmamverdiyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 15 avqust 2016-cı il tarixində “Qabil - böyük şair, maraqlı şəxsiyyət adlı tədbir keçiriləcək. Bütün oxucularımızı dəvət edirik.

Qabil İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutununnəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur."Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini  vəzifələrində işləmişdir.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir.