Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
22 Sentyabr , 2016
22 sentyabr dünyada “Avtomobilsiz bir gün” kimi qeyd olunur. Bu günü qeyd etmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bu günü yalnız bir neçə şəhər qeyd edirdi. Amma indi bu aksiyaya dünyanın 35 ölkəsindən 1500-dən çox şəhər qatılır. 

Bu da bir reallıqdır ki, günümüzdə avtomobil hər an bizə lazım olur. Xüsusi təyinatlı avtomobillər (yanğınsöndürənlər, təcili tibbi yardım, polis və s.) bu gün öz işlərinə davam edir. Şəhər sakinləri isə şəxsi avtomobillərindən imtina edərək ictimai nəqliyyatdan – metro, trolleybus və tramvaydan istifadə edir və ya velosiped sürərək, piyada gəzərək istədiyi ünvana çatır. Çox təəssüf ki, Azərbaycan hələ ki, bu aksiyaya qoşulmayıb. 
Bu günü ölkəmizdə yalnız “Yaşıl velosipedçilər klubu” qeyd edir. Yaşıl velosipedçilər “Maşınsız bir gün” kampaniyası çərçivəsində Bakı şəhəri daxilində velo tur təşkil edir və insanları bu günlə bağlı maarifləndirirlər.

Картинки по запросу Ümumdünya avtomobilsiz günü
Картинки по запросу Ümumdünya avtomobilsiz günü