Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
3 Oktyabr , 2016

Dünyanın bir çox ölkələrində hər il oktyabr ayının 3-ü Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur. Bu gün bütün dünya həkimlərinin həmrəylik və birliyini nümayiş etdirir. Çünki həkimin əsas məqsədi istənilən millətdən olan pasiyentlərin sağlamlığını qorumaq və yaxşılaşdırmaqdır.Bu bayramın yaradılmasının təşəbbüskarları Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatıdır. Məhz bu müstəqil, qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in əməkdaşları insanlara milli və dini mənsubiyyətinə fərq qoymadan tibbi yardım edir.

Картинки по запросу İbn Sina

Dünya tibb elmi sahəsində bir çox tanınmış simalardan İbn Sinadır. Əbu Əli ibn Sina bütün Şərq ölkələrində, ocümlədənAzərbaycanda, tibbsahəsində əntanınmış alimsayılırdı. "Tibb qanunları" (Əl-qanun fi ət-tibb) əsərinin ən qədim nüsxələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. "Təbabət elminin qanunu" - (5 cildlik) XII yüz illikdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir.

Azərbaycan xalqıda Tibb elmi sahəsində özünün bir çox tanınmış simalarını bəxş etmişdir. Bunlardan Zərifə Əliyeva, Əlfəddin Abdullayev, Mustafa Topçubaşov, Əbülfəz Qarayevi qeyd etmək olar.

Картинки по запросу zərifə əliyeva

Zərifə Əziz qızı Əliyeva - Azərbaycan SSR-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akade  miki. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.

Картинки по запросу Əlfəddin Abdullayev

Əlfəddin Abdullayev -  Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi. Xocakənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləmişdir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur və 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləmişdir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olmuşdur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləmiş, tələbələrə dərs demişdir. 1965-ci ildən 1969-cu ilə qədər Azərbaycan Tibb Universiteti "Tibb kadrları" qəzetinin redaktoru olmuşdur. 1970-ci ilin iyulun 1-dən Bakı şəhəri Fuad Əfəndiyev adına 4 saylı klinik xəstəxanasının baş həkimi təyin olunmuş və həmin tarixdən əvvəl işlədiyi kafedrada əvəzçilik üzrə yarım ştat ilk vaxtlar assisent, sonra isə dosent işləmişdir.

Картинки по запросу Mustafa Topçubaşov

Mustafa Ağabəy oğlu Topçubaşov -  Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki , Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü , SSRİ Tibb Elmləri Akademiyasının akademiki , SSRİ Dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı , Azərbaycan SSR əməkdar elm xadimi,  Azərbaycan SSR EA vitse-prezidenti. Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan SSR Ali Sovetinə  deputatı.

Картинки по запросу həkim əbülfəs qarayev

Əbülfəz Fərəc oğlu Qarayev -  əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi. Odessada tibb institutunu bitirmişdir. Əbülfəz Qarayev 1917-1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı.Uzun illər boyu Azərbaycan Dövlət Tibb İnstitutunda və başçılıq etdiyi Elmi-tədqiqat ana və uşaqların qorunması İnstitutunda həkim-pediatrların yetişdirilməsində böyük rolu olmmuşdur. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin və Mürsəl Qarayevin atası, Fərəc Qarayev və Əbülfəs Qarayevin babasıdır.

 Bu gün münasibəti ilə Azərbaycanın, həmçinin bütün dünyanın Tibb işçilərini təbrik edir,  onlara işlərində uğurlar arzulayırıq.