Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
29 Dekabr , 2016
29 dekabr 2016-cı il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə "Bizi birləşdirən Azərbaycandır" adlı dəyirmi masa keçirildi.
Dəyirmi masa iştirakçıları milli birlik və azərbaycançılıq ideyasının simvoluna çevrilmiş Həmrəylik Gününün yaranması tarixi və bu günün əhəmiyyəti haqqında danışaraq müzakirələr apardılar. Onlar bildirdilər ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi isə bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.

 
Foto Qalereya