Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Dünya ədəbiyyatı
6 Mart , 2017

Dünyaşöhrətli Kolumbiyalı yazıçı Qabriel Qarsia Markez 6 mart 1927-ci ildə anadan olmuşdur. O, yazarlıqla yanaşı jurnlist kimi də fəaliyyət göstərmişdir. Qələmini ilk dəfə 1947-ci ildə,  “El Espektador” adlı qəzetdə sınayır. O, özü də qeyd edirdi ki, ilk əsərlərini Kafkanın təsiri ilə qələmə almışdı. İlk hekayəsi “Üçüncü sadəlik” yazılan ildə Qarsiya Markes məktəbi bitirərək Boqotoda yerləşən Milli Universitetin Hüquq fakültəsinə daxil olur.

Markesin məşhur povestlərindən biri “Polkovnikə məktub yoxdur” Parisdə qələmə alınır. Povest 1958-ci ildə Meksikanın çox az tanınmış juranlı olan “Mito”da dərc olunur. Povestdəki hadisələr 1956-cı ildə baş verir, bütün hadisələr bilinməyən şəhərdə cərayan edir. Yalnız qəhrəmanın – polkovnikin yuxularında və xatirələrində vətəndaş müharibəsində iştirak edənlər də vardır və bütün bunlardan məlum olur ki, o, Makondo şəhərində məskunlaşıb. Yalnız hazırda başqa yerdədir və bura artıq neçə illərdir köçüb. Məhz Makondodan real və əfsanəvi hadisələr baş qaldırmağa başlayır.

1967–ci ildə cəmiyyətə “100 ilin tənhalığı” (isp. Cien anos de soledad) romanı təqdim edilir. Bu romanda Makonda kəndi (Arakataka şəhərinin Markes uşaqlığını keçirtdiyi kəndidir.) özündə Latın Amerikasını simvollaşdırır, onun yaradıcısı Buendina isə özünün kökünü və dünyanın tarixini əks etidirir. Romanı ilk dəfədən demək olar ki, dünyanın bütün dillərinə çevirməyə başlayırlar. Həmçinin bütün tənqidçilər, oxucular ədəbiyyatın müasir şah əsərini açıq ürəklə qəbul edir. Latın Amerikasında sanki partlayış olur və Markesi realizmin banisi adlandırırlar. Tezlikdə Markes Barselonaya köçür. Ona Nyu Yorkda Kolimbiya Universitetinin fəxri doktoru adı verilir.

1975–ci ildə xalqa “Patriarx payızı” (isp. El otono del patriarca) romanını təqdim edir, hansı ki, əsasında güclü şəkildə şəxsi məsələlər dayanırdı. Həmçinin qayda qanunların mövcudluğu və Amerikan diktaturasının obrazı bu əsərdə yaradılmışdır. Məhz bu roman güc müqavimətinin əsas faktı və despotizmin nümayişçisi sayılır. 1975-1981-ci illərdə Çili diktatoru Pinoçetin dövründə Markes yaradıcılığa yer vermir, daha çox siyasi baxışları dərgiləyən yazılara yer verir.

Milyonların sevimli Qabriel Qarsiya Markes 17 aprel 2014-cü ildə Mexikoda vəfat etmişdir.

Markesin Qanun Nəşriyyatı tərəfindən 9 əsəri tərcümə edilərək nəşr edilmişdir:

1.  Vəba günlərində eşq

2.  Qaçırılma

3.  Eşq və başqa cinlər

4 . Gözlənilən bir qətlin tarixçəsi

5.  Polkovnikə məktub yoxdur

6. 100 ilin tənhalığı

7.  Sənin qar üzərindəki izinlə

8.  Patriarxın payızı

9.  Saat altıda gələn qadın

Картинки по запросу Qabriel Qarsia Markez

Картинки по запросу Qabriel Qarsia Markez

Похожее изображение

Картинки по запросу Qabriel Qarsia Markez

Похожее изображение

Картинки по запросу Qabriel Qarsia Markez