Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Dünya ədəbiyyatı
6 İyul , 2017

     Müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. Henri Rene Albert Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.

     5 avqust 1850-ci ildə Qustav de Mopassanın ailəsində dünyaya gəlmişdir. Uşaq vaxtında ata-anası ayrılmışdır və iki qardaş - Gi və Hreve anasının himayəsində yaşamışdır. Klassik ədəbiyyatla maraqlanan anası Mopassanın həyatında mühüm rol oynamışdır. On üç yaşında olan Gi seminariyada təhsil almağa başlamışdır. Təhsil aldığı zaman böyük yazıçı Qüstav Floberlə tanış olmuşdur. 1870-ciildə kollecdənməzunolmuş və orduyaqoşulmuşdur. Bunlarda daha çox 1870-ci illər Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapmışdır.

     Qustav Flober onu himayə etmiş və burada Mopassan Emil Zolya və İvan Turgenyevlə tanış olmuşdur.

     Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan "Gonbul"u çap etdirmişdir. O səyahət mövzulu əsərlərin və lirik şeirlərin də müəllifidir.

      Gi de Mopassan 6 iyul 1893 –cü ildə 43 yaşında  vəfat etmişdi. 

Картинки по запросу Gi de Mopassan

Картинки по запросу Gi de Mopassan



Похожее изображение

Картинки по запросу Gi de Mopassan