Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
3 Oktyabr , 2017

03 oktyabr Türk Dünyası Günüdür.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi ilə bir təşkilat kimi formalaşmışdır. Bu mühüm sənədin imzalandığı tarixin ildönümü olan gün Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur. Bu münasibətlə bütün türk dünyası xalqlarını təbrik edir, türkdilli ölkələrin daha güclü əməkdaşlıq və həmrəyliyini arzu edirik.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təməlini qardaş xalqlarımız arasında ortaq tarix, mədəniyyət və dil kimi dəyərlər təşkil edir. Bu dəyərlər bölgədə və dünyada sülhə, tərəqqiyə və rifaha xidmət edəcək bir əməkdaşlıq və həmrəylik şəraitinə hakim olmasını istəyən siyasi iradənin məhsuludur.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının istər bölgədə, istərsə də beynəlxalq aləmdə layiq olduğu yer və etibarı qazanaraq Avrasiya coğrafiyasında sülh, sabitlik və rifaha mühüm töhfələr verəcəyinə inanırıq.

Картинки по запросу Türk Dünyası günü

Türkdilli dövlətlər – Əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 7 müstəqil türk dövləti mövcuddur (Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi – AzərbaycanQazaxıstanQırğızıstanÖzbəkistan və Türkmənistan SSRİ dağılandan sonra (1991-ci ildə), Osmanlı İmperiyasının varisi olan Türkiyə isə 1923-cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 157 milyondan çoxdur.

Похожее изображение



Türk xalqları Altay dil ailəsinin türk dil qrupuna aid olub 4 qola ayrılır.
1. Oğuz qolu –türk, azərbaycanlı, qaqauz, türkmən, türkmən, Krım tatarları, Axıska (Mehseti) türkləri və s.
2. Uyğur qolu -özbək, uyğur, tuvalı, xakas, kızıllar
3. Qıpçaq qolu – qazax, qaraqalpaq, qumık, qırğız, poqay, altaylar və s.
4. Bulqar qolu – tatar, başqırd, qaraçay, karaim və s. türk ölkələri
Dil yaxınlığı etibarı ilə yakutlar monqollara, çuvaşlar isə finlərə qarışmış və türk dillərindən uzaqlaşmışlar.
Türk xalqlarını birləşdirən ümumi xüsusiyyətlər adət-ənənə, folklor yaxınlığı, eyni coğrafi adların qoyulmasıdır.

1. Müstəqil türk dövlətləri (7 ölkə) Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr.
2. Dövlət qurumları olan türk xalqları — Kabarda-Balkarıstan, Qaraçay-Çərkəz, Çuvaş, Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Saxa-Yakutiya, Tuva, Taymır (Rusiyada), Sıntzyan-Uyğur (Cində)
3. Dövlət qurumu olmayan türk xalqları — qumuk, Krım tatarları, qaqauz, Axıska türkləri, karaimlər, krımçaklar və s.
4. Muxtar Respublikası olan türk dövlətləri — Özbəkistan (Qaraqalpak MR) və Azərbaycan (Naxçıvan MR)
5. Xəzəryanı türk dövlətləri — Azərbaycan, Qazaxıstan, Türkmənistan
6. Dünya okeanına birbaşa çıxışı olan türk dövləti – Türkiyə
7. Dünya okeanına çıxışı olmayan türk dövlətləri — Qırğızıstan, Özbəkistan.
8. Sahəsinin böyüklüyünə görə -Saxa-Yakutiya, Qazaxıstan, Sintzyan-Uyğur, Türkiyə, Türkmənistan, Özbəkistan.
9. Əhalinin sayına görə – Türkiyə, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan.
10. Sürgün edilən xalqlar – Axıska türkləri, Krım tatarları,.
11. Dini etiqadına görə əksər türklər islam dininə etiqad edir. Lakin yakutlar – şaman, uyğurlar – buddizm, çuvaş və qaqauzlar – xristian, karaim və krımçaklar isə yəhudi dininə sitayiş edirlər. 
12. Qədim dağlar – Qazax xırda təpəliyi, Altay, Tyan-Şan, Sayan.
13. Cavan dağlar — Qafqaz, Pont, Tavr, Kopetdağ
14. Düzənliklər – Turan, Xəzəryanı, Kür-Araz ovalıqları, Ust-Yurd və Anadolu yaylaları.
15. Ən uca zirvə – Tyan-Şanda Qələbə piki — 7439m. (Qırğızıstan)
16. Ən çökək yer – Turfan çökəkliyi – 154m (Sıntszyan-Uyğur), Karagiye – 132m (Qazaxıstan)
17. Səhralar – Təklə-Məkan, Qaraqum, Qızılqum.
18. Platformalar – Şərqi Avropa (Rusiyanın Avropa hissəsinin türk qurumları) və Turan (Özbəkistan və Türkmənistan)
19. Neft yataqları olanlar – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan, Başqırdıstan.
20. Kömür yataqları – Türkiyə (Zonquldağ-Ereqli), Özbəkistan (Anqren), Qazaxıstan (Karaqanda), Sıntszyan-Uyğur (Bay), Tuva (Ulufem), Saxa-Yakutiya və Qırğızıstanda.
21. Metal filizləri – Türkiyə (mis, xromit), Azərbaycan (dəmir və polimetal filizləri), Qazaxıstan (mis, manqan, molibden, boksit, dəmir filizi), Saxa-Yakutiyada (dəmir, qalay)
22. Qızıl – Saxa-Yakutiya, Özbəkistan.
23. Meşə – Saxa Yakutiya, Tuva, Xakasiya.
24. Almaz – Saxa-Yakutiya.
25. Subtropik iqlim – Türkmənistan, Sıntszyan-Uyğurun cənubu, Türkiyə və Azərbaycan.
26. Su problemi olan – Mərkəzi Asiya ölkələri.

Похожее изображение

Похожее изображение

Похожее изображение