Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
10 Oktyabr , 2017
 Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti yaranmasının 99-cu ildönümünü qeyd edir.
2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
XX əsrin əvvəllərində yaradılan Azərbaycan yanğından mühafizə xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Zəngin siyasi və idarəçilik təcrübəsinə, fenomenal rəhbərlik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inki­şaf etməyə başladı. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəm­ləndirildi, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır.

Похожее изображение

Картинки по запросу Yanğınsöndürənlərinin peşə bayramı günü