Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
6 Noyabr , 2017
Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsi ilə ötürülür.
1895- ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir.
Televizorun (yunanca “tele” – uzaqlıq, latinca “vizor” – görmə sözlərindəndir) ixtisarı isə bir qədər sonraya – XX əsrin 20-30- cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira edir. 30-cu illərin ortalarından televiziya verlişlərinin yayımı başlandı.
İlk televiziya verlişi 1936-ci ildə Londonda olmuşdur.
1939-cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trupkası (optikon) ixtira edildi. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.

Похожее изображение

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio quruğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-ci ildə isə radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verlişi efirə çıxmışdır. O dövrdə radio verlişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 

Bakı televiziya studiyasının ilk verilişi canlı olaraq 1956-cı il fevralın 14–də yayımlanmışdır. Ekrana ilk dəfə aktrisa Nəcibə Məlikova çıxaraq tamaşaçıları salamlamış və “Göstərir Bakı” cümləsini səsləndirmişdir. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş vermişdir. Hazırda ölkəmizdə onlarca televiziya və radio fəaliyyət göstərir.

Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Bu gün onun verilişlərini peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.

Peşə bayramları münasibətilə televiziya və radio işçilərini təbrik edir, işlərində uğurlar arzulayırıq!

Картинки по запросу Azərbaycan televiziyası və radiosu günü.