Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
17 Noyabr , 2017

17 noyabr “Beynəlxalq Tələbə Günü”dür.

Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib.

Beynəlxalq tələbə günü gənclik romantika şənlik günü kimi qəbul edilsə də onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib.

Respublika günü münasibəti ilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədi ilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb.

Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.

Картинки по запросу tələbələr