Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
23 Noyabr , 2017
Noyabrın 23-ü dünyada “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kimi qeyd ediləcək. Bu təşəbbüsü  Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) Asiya-Sakit Okeanı bölgəsi üzrə regional qurumunun təklifi əsasında İFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında  qəbul edilib.
Bu təqvim qlobal miqyasda jurnalistlərin cinayət motivli təqiblərə məruz qalması, peşə fəaliyyətlərinə görə həyatlarını itirməsi, həmçinin, jurnalistləri hədəf seçənlərin çox vaxt cəzasız qalması ilə əlaqədar olaraq qeyd edilir. “Bu tarix 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın həyatına son qoymuş Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü qeyd etmək üçün seçilib. BJF bu ildönümü mərasiminin, bütün dünya ölkələrində öldürülmüş jurnalistləri yad etmək aksiyası qismində  keçirilməsində maraqlıdır. Çünki, belə yanaşma imkan verir ki, dünyanın əksər ölkələrində jurnalistlərə qarşı istiqamətlənmiş cinayətlərin açılmaması, yaxud, cinayəti törədənlərin cəzasız qalması  durumu aradan qaldırılsın, jurnalistlərə qarşı yönəlmiş cinayətlərin müəlliflərinin cəzalandırılması tələbi yüksəlsin.
Bu təqvim BJF-nin dünyanın 100 ölkəsində mövcud olan yerli üzv təşkilatları tərəfindən, həmçinin Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX) tərəfindən qeyd edilir. 

Картинки по запросу jurnalistika
Похожее изображение