Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
12 Yanvar , 2018
12 yanvar 2018-ci il tarixində Nərimanov rayon MKS-inin Mərkəzi kitabxanasında azərbaycanlı bəstəkar, Azərbaycanın  və Dağıstanın xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Nərimanov rayon MKS-inin və Texniki kitabxananın əməkdaşları, fəal oxucular iştirak etdilər.
Tədbir zamanı çıxış informasiya texnologiyaları üzrə mütəxəssisi G.Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Tədbirdə E.İbrahimovanın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirildi və tanınmış mahnıları səsləndirildi. 
Foto Qalereya