Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
18 Yanvar , 2018
18 yanvar 2018-ci il tarixində Nərimanov rayon MKS və Respublika Elmi-Texniki Kitabxanası 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir-müzakirə keçirdilər.
Tədbir Respublika Elmi-Texniki Kitabxanasında təşkil edildi.
Tədbirdə hər iki kitabxananın əməkdaşları və fəal oxucuları iştirak etdilər.
İlk öncə bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir zamanı Nərimanov rayon MKS-inin Mərkəzi kitabxanasının Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri T.Məmmədova, Respublika Elmi-Texniki Kitabxanasının direktoru A.Orucova və əməkdaşı G.Ələkbərova çıxış etdilər. Onlar xalqımızın yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsi, həmin dövürdəki siyasi vəziyyət və xalqımızın qırılmaz iradəsi haqqında geniş məlumat verərək bildirdilər ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.   
Daha sonra kitabxana əməkdaşı A.Mustafayeva şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeir söylədi.
Sonda 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilmiş video-çarxa baxış keçirildi.
Foto Qalereya