Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
24 Yanvar , 2018
24 yanvar 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin 195 illik yubileyi münasibəti ilə söhbət-müzakirə aparıldı.
Söhbət zamanı çıxış edən kitabxanaçı L.Mikayılova H.Z.Tağıyevin həyatı və xeyriyyəçilik fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Daha sonra söhbət Tağıyevin millətin inkişafı üçün həyata keçirdiyi xeyriyyəçilik işləri haqqında müzakirələrlə davam etdirildi. 
Foto Qalereya