Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
31 Yanvar , 2018
31 yanvar 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məmməd Əmin Rəsulzadənin 134 illik yubileyi münasibəti ilə dəyirmi masa keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra kitabxana əməkdaşları Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın böyük oğlu M.Ə.Rəsulzadənin həyatı və azadlıq uğrunda apardığı mübarizə haqqında geniş söhbət, müzakirə aparıldı. 
Bundan başqa dəyirmi masada M.Ə.Rəsulzadənin şeirləri də səsləndirildi.
Sonda görkəmli dövlət və ictimai xadimin həyatı və siyasi fəaliyyətini əks etdirən video-çarxa baxış keçirildi.
Qeyd edək ki, stiqlalımızın ən şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq onun qurucuları haqqında kitabxanada silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Foto Qalereya