Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
7 Fevral , 2018
07 fevral 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanası 39 saylı tam orta məktəbin 3a sinifində Milli Qəhraman Mübariz İbrahimovun 30 illiyi ilə əlaqədar olaraq "Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi" adlı tədbir keçirdi.
İlk öncə vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Mərkəzi kitabxananın Oxu zalının müdiri A.İsmayılova Milli Qəhrəmanın həyatı və bütün gənclərimizə örnək olmuş qəhrəmanlığı, vətən üçün fədakarlığı haqqında geniş məlumat verərək bildirdi ki, Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı  kənddə hamı onun bu arzusundan xəbərdar idi.  Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun N  hərbi hissəsində xidmət keçməyə başladı. Onda Mübarizin  22 yaşı var idi.  Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq  o, başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında  gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə ermənilərin öz silahları ilə düz 6 saat onlarla təkbətək döyüşdü. Düşmən  ağır itki verdi. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu. Beləcə, o,  ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır. Bu gün böyükdən  kiçiyə qədər hər bir azərbaycanlı onunla fəxr edir.
Tədbir zamanı şagirdlər vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər söylədilər.

Похожее изображение
Foto Qalereya