Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
19 Mart , 2018

Miqrasiya prosesləri dünyanın mədəni, iqtisadi və sivil əsaslarla bütövləşməsinə və vəhdətləşməsinə gətirib çıxarır. İnsanlar ölkələri ilə yanaşı, digər ölkələrdə də yaşamağı özlərinin əsas azadlıq və təbii yaşamaq hüquqlarının tərkib hissəsi kimi görürlər. Ölkələrarası miqrasiya sayəsində mədəniyyətlərin qarışması ilə yanaşı, ümumdünya sərvətlərindən, maddi və mədəni irslərindən birgə istifadə meyarları meydana gəlmiş olur.

Qeyd edək ki, dünyada hər 35 nəfərdən biri, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır. Hazırda yer kürəsində miqrantların sayı 200 milyon, Azərbaycanda isə 1 milyona yaxındır. Ölkəmiz dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan dövlət hesab olunur.

Azərbaycan Respublikasının daim diqqət mərkəzində saxladığı bu proseslərə Dövlət Miqrasiya Xidməti nəzarət edir. Bunun üçün  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb.  Məhz bu əlamətdar hadisədən sonra hər ilin bu günü Azərbaycanda miqrasiya orqanları işçilərinin peşə bayramı kimi qeyd olunur.

 Dövlət Miqrasiya Xidməti  öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur. Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq, onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir. Digər tərəfdən qurum Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsini həyata keçirir. Bununla belə, Xidmət vətəndaşlıq məsələlərində iştirak edir və qaçqın statusunu müəyyənləşdirir. Qeyd edək ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilib.

Похожее изображение