Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
12 Aprel , 2018

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü kimi elan olunub. 1961-ci il 12 apreldə dünyada ilk pilotlu kosmik gəmi Yerətrafı orbitə çıxıb. Sovet kosmonavtı Yuri Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. O, kosmosa uçan ilk insan kimi tarixə düşüb.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. BMT-ın Baş məclisinin 2011-ci il aprelin 7-də keçirilmiş 65-ci sessiyasının qərarı ilə 12 aprel insanın kosmosa uçuşunun Beynəlxalq günü elan edilib.

Картинки по запросу Beynəlxalq insanın kosmosa uçuşu günü