Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
4 May , 2018
04 may 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq "İnsan alverinin qurbanı olma!" adlı söhbət keçirildi.
Söhbətdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Söhbət zamanı Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı M.Talıbova insan alveri, onun qurbanları və bu qurbanlardan biri olmamaq üçün nələri bilmək lazımdır mövzusunda çıxış etdi. O, həmçinin, ölkəmizdə dövlət səviyyəsində bu istiqamətdə  atılmış addımlar haqqında da ətraflı məlumat verərərk bildidirdi ki, 
Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Milli Fəaliyyət Planının insan alverinə qarşı mübarizədə müəyyən etdiyi əsas tədbirlər qanunvericilik bazasının təkmilləşdirilməsi, Milli Əlaqələndiricinin təyin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərkibində İnsan alverinə qarşı xüsusi polis qurumunun yaradılmasından və insan alveri cinayəti qurbanları və ehtimal olunan qurbanların müdafiəsinin təmin edilməsindən ibarət olmuşdur. Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə beynəlxalq təcrübədən istifadə edilməsini, bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutur.

Картинки по запросу insan alveri
Похожее изображение
Похожее изображение
Foto Qalereya