Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
7 May , 2018
07 may 2018-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar olaraq sərgi, söhbət keçirildi.
İlk öncə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Daha sonra Uşaq şöbəsinin böyük biblioqrafı F.Alnağıyeva qədim diyarımız Şuşa şəhərinin tarixi və erməni qəsbkarları tərəfindən işğalı haqqında geniş məlumat verdi. 
1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib, 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Foto Qalereya