Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
10 May , 2018
10 may 2018-ci il tarixində Nərimanov rayon MKS-nin MƏrkəzi kitabxanasında Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq elmi-praktiki konfrans keçirildi.
Konfransda Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasının və Zəngilan rayon Prokurorluğunun əməkdaşları iştirak etdilər.
Konfransda çıxış edən Zəngilan rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri E.Əliyev ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək naliyyətləri diqqətə çatdırdı.E.Əliyev bildirdi ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və heç zaman tükənməyəcəkdir. 
Sonra çıxış üçün söz  Nərimanov rayon Mərkəzi kitabxanasının direktoru T.Sergeyevnaya verildi. O, çıxışında cənab prokurorun çıxışının davamı olaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi dühasının məhsulu və yaratdığı şah əsəri olan müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən Azərbayacn Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasətinin nəticəsidir ki, ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, əhalinin həyat səviyyəsinin durmadan yüksəlməsinə təminat yaradan iqtisadi tərəqqiyə nail olunmuş, demokratik dəyərlər daha da sürətləndirilmişdir. 
Daha sonra konfransda çıxış edən Nərimanov rayon Mərkəzi kitabxanasının şöbə müdirləri T.Məmmədova və R.Novruzova çıxışlarında qeyd etdilər ki, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və böyük naliyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. 
Tədbir iştorakçıları müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdilər. Sonda dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirildi.
Foto Qalereya