Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
10 May , 2018
10 may 2018-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialında və 178 saylı tam orta məktəbdə dahi lider, böyük şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə "Qəlblərdə yaşayan dahi" adlı tədbir keçirildi.
2 saylı kitabxana filialında təşkil edilmiş tədbirdə kitabxana müdiri E.Fərruxzadə və kitabxanaçı S.Məmmədova ümummilli lkiderin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirdilər ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi!
Daha sonra məktəbli oxucular Ulu öndərin əziz xatirəsinə həsr edilmiş şeirlər söylədilər. 
Sonda kitabxana əməkdaşı S.Məmmədova oxucuları təşkil edillmiş sərgi ilə yaxından tanış etdi.
178 saylı tam orta məktəbdə də keçirilmiş tədbirdə şagirdlər şeirlər söyləyib, sərgi ilə yaxından tanış oldular.
Foto Qalereya