Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
16 May , 2018
16 may 2018-ci il tarixində Nərimanov rayon MKS-i Nərimanov parkında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş X yubiley “Kitab bayramı”nı münasibəti ilə kitab sərgi təşkil etdi.
Sərgidə Nərimanov rayon MKS-nin Mərkəzi kitabxana və filiallarının, "Hədəf" və "Xan" nəşiriyyatlarının kitabları nümayiş olundu.

Sərgidə insanlar- gənclər, ziyalılar, uşaqlar stendlərə yaxınlaşaraq kitablar və onların müəllifləri ilə maraqlandılar. Həmçinin, tədbir iştirakçıları  Ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən kitab sərgisi ilə də yaxından tanış oldular.
 Belə tədbirlərin keçirilməsində əsas məqsəd kitabın qüdrətini, şöhrətini qaldırmaq, yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Foto Qalereya