Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
17 May , 2018
17 may 2018-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialında Laçın rayonun işğalının 26-cı ildönümü ilə əlaqədar olaraq "Dağları dumanlı qədim yurdumuz" adlı anım günü keçirildi.
Tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
Tədbir zamanı çıxış edən 2 saylı filialın müdiri E.Fərruxzadə və kitabxanaçı S.Məmmədova Laçın rayonun zəngin tarixi və yağı düçmən tərəfindən işğalı haqqında ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, 1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdır.Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal etmişdir.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır. Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!
Daha sonra şagirdlər vətənpərvərlik mövzsunda şeirlər söylədilər.
Sonda S.Məmmədova oxucuları sərgi ilə tanış etdi.
Foto Qalereya