Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
27 İyun , 2018

1985-ci ildən başlayaraq hər il iyunun 27-də Ümumdünya Balıqçılıq Günü qeyd olunur. Həmin gün 1984-cü ildə Romada keçirilən Balıqçılığın tənzimlənməsi və inkişafı üzrə Beynəlxalq konfransın qərarı ilə təsis edilmişdir.

Balıqçılıq bəşəriyyətin ən sevimli kütləvi məşğuliyyət növlərindən biridir. Həyatında heç olmasa, bir kərə əlinə tilov götürüb gölə gedən, təbiətlə bənzərsiz ünsiyyət sevincindən, onun saflığından zövq alan və ilk dəfə balıq tutan adam aldığı təəssüratı heç zaman unuda bilməz.

Balıq ovu o qədər maraqlı bir prosesdir ki, çox vaxt həvəskarları bu işin əsl xiridarına çevirir. Axı, yalnız sözün həqiqi mənasında balıq ovuna aludə olan insanlar balığı tilova gətirmək üçün saatlarla yağışın altında islana-islana, şaxtada dona-dona gözdən-könüldən uzaq olan yerlərə çəkilə bilərlər.

Bu gün dünyanın bir çox ölkələrində balıq ovu üzrə müxtəlif yarışlar, təlim seminarları keçirilir. Həmin tədbirlər həm peşəkar, həm də həvəskar balıqçıları bir araya gətirir. Son illər balıq ovu üzrə yarışların iştirakçıları arasında tez-tez qadınlara rast gəlmək olar. Heç şübhəsiz, getdikcə daha çox adam başa düşür ki, balıq ovu ruhi və fiziki gücü möhkəmləndirmək üçün əla vasitədir.

Похожее изображение