Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
29 İyul , 2018

29 iyul - Beynəlxalq Pələng Günüdür. Bu gün 2010-cu ildə Sankt-Peterburqda keçirilən “Pələng sammit”ində təsis olunub.

Pələnglər pişikkimilər fəsiləsinin ən güclü və böyük üzvləridir. Faunanın bu yırtıcı nümayəndələri əsasən, Banqladeş, Malayziya, Hindistan və Koreyada yaşayırlar. Pələnglərin sayına görə Hindistan dünyada birinci yerdədir. Dünya Vəhşi Təbiəti Müdafiə Fondunun məlumatına görə, Yer kürəsində mövcud olan 3890 pələngdən 2500-dən çoxu Hindistandadır.

Pələnglərin sayının azalmasında əsas faktor brakonyerlik, qanunsuz heyvan ticarəti kimi antropogen amillər, iqlim dəyişikliyi və onların yaşayış areallarını itirməsidir.

Картинки по запросу tiger day

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 faizini itirib. Bundan başqa, brakonyerlik, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə - Yava və Bali adalarında (1960-1980-cı illərdə), Cənubi Qafqazda (1930-ci illərdə), Orta Asiyada (1960-ci illərdə) tamamilə məhv edilib.

Hazırda pələnglərin təbii yaşayışı üçün yararlı ərazilər 1,2 milyon kvadratmetr sahəni əhatə edir. Təbiətin bu nadir canlılarının doqquz tanınmış yarımnövündən yalnız 6-sı qalıb. Benqal pələngi - ən çoxsaylı yarımnövü Butan, Nepal, Banqladeş və Hindistanda yaşayır. Amur pələngi - ən nadir və ən böyüyü (çəkisi 300 kiloqram) Rusiyada, eləcə də Çinin şimal-qərbində yaşayır. Yalnız 2004-ci ildə yarımnöv kimi tanınan Malayziya pələngi Malakka yarımadasının Malayziya sahəsində, Çin pələngi isə Çində yaşayır. Tailand, Kamboca, Vyetnam və Laosda Hind-Çin pələngi yayılıb. Sumatra pələngi yarımnövün ən kiçiyidir. Onların çəkisi təxminən 150 kiloqramdır.

XX əsrdə pələngın adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.

Beynəlxalq Pələng Günü bəşəriyyətin diqqətini bu yırtıcıların qorunmasına və onların sayının azalmasının qarşısının alınmasına çəkmək üçün bir çox ölkələrdə qeyd edilir.

Похожее изображение

Похожее изображение