Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
13 Avqust , 2018
Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.
Hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır. Adətən gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırlar. Əslində isə solaxaylıq və soləllilik anlayışları eyni deyil. Solaxaylıq daha geniş şəkildə özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də sol solayaqlı, solqulaqlı və solgözlü olur, lakin bunu 5 yaşdan sonra müəyyən etmək mümkündür.
Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sol yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20 faiz, sağvərdişlilərdə 5 faizdr.
Solaxaylar əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, aktyorlar və siyasi xadimlər arasında onlar xüsusilə çoxluq təşkil edirlər. Məşhurlar arasında olan solaxaylara Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çorçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Melin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və başqalarını misal göstərmək olar.

Картинки по запросу Ümumdünya solaxaylar günü