Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
11 Oktyabr , 2018
Oktyabrın 11-i Beynəlxalq Qızlar Günüdür.
Beynəlxalq Qızlar günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 2012-ci il oktyabrın 11-də təsis edilib. Bu günün qeyd edilməsinin əsas məqsədi dünyada qızların sosial problemlərinə və qeyri-bərabərliyə diqqət yönəltməkdir. Hər il bu gün bir mövzuya həsr olunur.İlk dəfə 2012-ci ildə qeyd edilən Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına həsr olunub.

Похожее изображение

Beynəlxalq qızlar günün müdafiəsi ilə bağlı 2012-ci ildə Kanada kimi ölkələrdən belə bir təşəbbüs irəli sürülüb. Daha sonra BMT-yə üzv olan ölkələr bu günü qeyd etməyə başlayıblar. Bu günün hər il ayrı-ayrı mövzusu olur. Bir il bir problemə, növbəti il başqa bir problemə həsr olunur. Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiya var. Konvensiyada gender bərabərliyi o cümlədən, oğlan və qız uşaqları üçün də xüsusi maddə əlavə olunub ki, uşaqların hüquqları qorunmalıdır.
Похожее изображение