Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
21 Oktyabr , 2018
21 oktyabr 2018-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Nərimanov rayonu 258, 47 və 36 saylı tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş "Şagirdlərin oxu bacarıqlarının inkişafı" layihəsinin II turu keçirildi.
Müsabiqədə I turun qalibləri olmuş 15 şagirdi iştirak etdi.Qeyd edək ki, müsabiqənin final mərhələsi oktyabrın 27-də Bakı Biznes Mərkəzində keçiriləcək. 
Daha sonra F.Köçərli adına Respublika Uşaq kitabxanasının "Nağıl otağı"nda "Şagirdlərin oxu bacarıqlarının inkişafı" layihəsinin rəhbəri Nərimanov rayonu 36 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi A.Bağıyeva tərəfindən  uşaqlarla kitabxana və mütaliə haqqında sual-cavab aparıldı.
Foto Qalereya