Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
24 Oktyabr , 2018
24 oktyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin 2 saylı filialı tərəfindən Uşaq Hüquqları Aylığı çərçivəsində tədbirlər keçirildi.
İlk öncə kitabxana əməkdaşları 193 saylı məktəbdə oldular. Kitabxana əməkdaşı S.Məmmədova şagirdlərlə görüşərək onlara uşaq hüquqlarının yaranması tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi. Tədbir zamanı şagirdləri maraqlandıran suallar da kitabxana əməkdaşları tərəfindən cavablandırıldı.
Daha sonra 2 saylı kitabxana filialda məktəbli oxucularla söhbət keçirildi. Söhbət zamanı uşaqların hüquqları ilə bağlı müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. 
Sonda şagirdlər "Uşaqlıqdan hüquqlarını bil" adlı sərgi ilə  yaxından tanış oldular.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri uşaq hüquqları sahəsində məlumatlandırmaq idi.

Foto Qalereya