Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
26 Oktyabr , 2018
26 oktyabr 2018-ci il tarixində Nərimanov rayon MKS-nin 1 saylı filialı 193 saylı tam orta məktəbdə "Uşaq hüquqlarının qorunsı dövlətin diqqət mərkzindədir" adlı söhbət keçirdilər.
Söhbət zamanı çıxış edən kitabxana əməkdaşları N.Hətəmova və M.Məhərrəmova "Uşaq hüquqları aylığı", ölkəmizdə uşaq hüquqları və uşaqların hüquqlarının müdafiəsi istiqamətində atılmış addımlar haqqında ətraflı məlumatlar verdilər. Onlar bildirdilər ki, Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə "Uşaq hüquqları aylığı" keçirilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Sonda ölkəmizdə uşaq hüquqları haqqında qanunları əks etdirən video çarx təqdim edildi. 
Foto Qalereya