Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
1 Noyabr , 2018

Qədim əkinçilik mədəniyyətinə malik olan Azərbaycanın aqrar-sənaye sektoru ötən illərdə  kompleks islahatlar nəticəsində əsaslı inkişaf yolu keçib. Bu baxımdan peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri   respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəmirlər.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində MDB məkanında aqrar-sənaye kompleksində  ən cəsarətli islahatlara ilkin olaraq Azərbaycanda təkan verildi. Ümummilli lider  müstəqilliyin ilk illərində torpaq islahatının düzgün, beynəlxalq təcrübə və perspektiv də nəzərə alınmaqla reallaşdırılmasının strateji əhəmiyyətini zərgər dəqiqliyi ilə qiymətləndirdi.  Respublikamızda “Torpaq islahatı haqqında” qanun 1996-cı ildə qəbul edildi. Ümumxalq müzakirəsindən sonra torpaq islahatına dair dövlət proqramı və bu sahədə islahatın keçirilməsi üçün hərtərəfli hüquqi-normativ baza hazırlandı.   Bir neçə il ərzində qəbul edilən  50-dən çox fərman, qanun və digər hüquqi-normativ akt əsasında respublikamızda torpaq islahatı uğurla reallaşdırıldı. Əksər MDB ölkələrinin də dərindən maraqlandıqları, nümunəvi  model xarakter alan həmin proses tezliklə haqlı olaraq “Heydər Əliyev aqrar islahatı” kimi tarixə düşdü. Torpaq islahatı nəticəsində 3 milyon 500 minə qədər soydaşımız pulsuz və əvəzsiz olaraq  torpaq mülkiyyətçisinə çevrildi. Ən başlıcası, MDB-nin əksər ölklərindən fərqli olaraq respublikamızda vətəndaşlara ən yararlı və keyfiyyətli torpaqlar verildi.  1997-ci ildən  aqrar islahat prosesi sürətləndi. 2003-cü ildən isə Prezident İlham Əliyev respublikamızın aqrar-sənaye kompleksinin inkişafında əsaslı irəliləyişə təkan verdi. Dövlət aqrar bölmədə çalışan sahibkarlara yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, toxum və ting istehsalına, gübrə satışına görə yardım və subsidiyalar da ayırdı, həmçinin, olduqca güzəştli şərtlərlə kreditlər verdi.  Prezident İlham Əliyevin müvafiq sərəncamına   uyğun olaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Ümumilikdə, 2005-2010-cu illərdə cəmiyyətin xəttilə 11 minə qədər müxtəlif təyinatlı texnika, 298 min tondan çox mineral gübrə və 1  485 baş cins mal-qara alınaraq lizinə verilib və ya lizinq qaydasında satılıb. Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siaysətinin  başlıca istiqamətlərindən biridir. Hazırda idxalı əvəzləyən məhsulların istehsalının genişləndirilməsinə xüsusi diqqət yetirilir.    Taxılçılıq respublikamızın aqrara-sənaye kompleksinin ənənəvi olaraq əsas sahəsi sayılır və ümumi əkin sahəsinin 66 faizini əhatə edir. Toxumçuluğun inkişafı da dövlətin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin respublikamızda taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılması tapşırığına uyğun olaraq ötən müddətdə xeyli iş görülüb. Dövlət başçısı maldarlıq, quşçuluq və digər sahələrin inkişafı ilə bağlı da silsilə tapşırıqlar verib. Son illərdə aqrar-sənaye kompleksi də əsaslı şəkildə inkişaf edib. 2006-cı ilin iyul ayının

17-dən başlayaraq hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də olduqca vacib tədbirlərdəndir. Hazırda aqrar-sənaye kompleksində islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu sahədə ən inkişaf etmiş ölkələrin təcrübəsi əsasında ardıcıl yenidənqurma tədbirləri reallaşdırılır. 

Ümumilkdə, nümunəvi torpaq islahatı, aqrar-sənaye kompleksinin beynəlxalq təcrübə əsasında yenidən qurulması, meliorasiya və irriqasiya sisteminin köklü şəkildə inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardandır.

Картинки по запросу Kənd təsərrüfatı işçiləri günü

Картинки по запросу Kənd təsərrüfatı işçiləri günü

Похожее изображение

Похожее изображение